fbpx

Qarabağda istifadəyə verilən yaşayış sahəsinin həcmi açıqlandı



2023-cü ildə Qarabağ iqtisadi rayonunda istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 28 min 206,6 kv.metr təşkil edib.

BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 5,4 % azdır.

Bu iqtisadi rayonda 2022-ci ildə 29 min 807,6 kv.metr yaşayış sahəsi istifadəyə verilmişdi ki, bu da, 2021-ci illə müqayidə 24 % azdır.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədi rayonunda ötən il 9,946 min kv.metr yaşayış sahəsi (25,4 % az), Ağdam rayonunda 1,64 min kv.metr yaşayış sahəsi (34,5 % az), Bərdə rayonunda 11 min 823,6 kv.metr yaşayış sahəsi (67,5 % çox), Füzuli rayonunda 1,217 min kv.metr yaşayış sahəsi (29,1 % az), Tərtər rayonunda 3,58 min kv.metr yaşayış sahəsi (31,2 % az) istifadəyə verilib.

Hesabatda, Xankəndi, Xocalı, Xocavənd və Şuşa rayonlarında istifadəyə verilən yaşayış evlərinin sahəsi üzrə məlumat verilməyib.

Ötən il Qarabağ iqtisadi rayonuna yatırılan 2 milyard 254,4 milyon manatlıq investisiyanın 97,8 %-i və ya 2 milyard 204,251 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib ki, bu da, 19,3 % çoxdur.

Qeyd edək ki, ötən il Azərbaycanda bütün mülkiyyət növləri üzrə 2 milyon 483 min kv.metr yaşayış evi istifadəyə verilib ki, bu da, bir il öncəki göstəricidən 11,8 % azdır. Bunun 57,8 %-i və ya 1 milyon 436 min kv.metr yaşayış evi əhalinin öz vəsaiti hesabına istifadəyə verilib. Ötən il əhalinin öz vəsaiti hesabına istifadəyə verilən yaşayış evlərinin həcmi 8,7 % azalıb







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin