fbpx

Qarabağda mina terroru: Ermənistan niyə xəritələri vermir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


44 günlük Vətən müharibəsindən sonra dəfələrlə tələb edilməsinə baxmayaraq, Ermənistan tərəfi minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil verməkdən hələ də boyun qaçırır.

Azərbaycan minalardan əziyyət çəkən ölkə olsa da, ən az yardım alan ölkədir. Ermənistan Azərbaycan ərazilərini işğal etdikdən sonra işğal olunmuş ərazilərdə iki ölkənin ordusunun təmas nöqtələrində kütləvi minalanma işlərini həyata keçirib. İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 300-dən çox vətəndaşımız mina qurbanı olub.

Ermənistanı hərbi cəhətdən dəstəkləyən bir çox ölkələrin Ermənistana qanuni və qeyri-qanuni yollarla mina göndərdiyini bildirən tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Metbuat.az-a açıqlamasında xatırlatdı ki, hələ də İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfindən həmin minalanmış ərazilərin xəritələrinin verilməsi prosesi müxtəlif vasitələrlə yubadılır:

Rüya tabirlerini burdan oku

“Bu günə qədər təqdim olunan xəritələrin qeyri-dəqiqliyi də bir çox araşdırmalardan sonra aydın şəkildə müəyyənləşdirilmişdir. Ermənistan bunu 1990-cı illərdən bu yana müxtəlif vasitələrlə minalanma işlərinin həyata keçirilməsi, bəzi hallarda xəritələrin olmaması ilə əsaslandırmağa çalışır. Amma məlumdur ki, bütün bunlar həqiqətə uyğun olmayan informasiyalardır. Minalanma işlərinin həyata keçirilməsi ilə bağlı xəritələr Ermənistanın o ərazidə yerləşmiş silahlı terrorçu dəstələrində olan xəritələrdir. Çünki minalanmış ərazilər müharibə aparan, döyüş aparan tərəflər arasında bəlli olmalıdır. Nəticədə, həmin ərazilərin bilinməməsi düşmənin özünə də ziyan vura bilər”.

Azərbaycanın müharibədən sonra ərazilərin minalardan təmizlənməsi üçün məqsədyönlü işlər həyata keçirdiyini qeyd edən Elnur Kəlbizadə xatırlatdı ki, bu işlərin görülməsi üçün müxtəlif ölkələrdən texnikaların əldə olunması istiqamətində işlər aparılmışdır:

“Bəzi informasiyalara görə, Azərbaycanın müdafiə sənayesi sahəsində minaların zərərsizləşdirilməsi üçün müxtəlif texnikalar üzərində iş aparılmaqla bərabər, eyni zamanda onların modifikasiya edilməsi istiqamətində də innovativ ideyaların tətbiqi planlaşdırılır.

Qeyd edim ki, Ermənistan tərəfindən nümayiş etdirilən riyakarlıq, mina xəritələrinin qeyri-dəqiq olması və onların bir çoxunun əslində Azərbaycana təqdim edilməməsi kifayət qədər mülki əhalinin ölümünə səbəb olmuşdur. Baş verənlərin birbaşa olaraq məsuliyyəti Ermənistan dövlətinin, Ermənistan hakimiyyətinin üzərindədir”.

Mina təmizlənməsi prosesinin həm çox bahalı, eyni zamanda da vaxt aparan məsələ olduğunu qeyd edənn millət vəkili Arzu Nağıyev Metbuat.az-a bildirdi ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə müraciətlər etsə də, ölkəmiz bu işlərin öhdəsindən özü gəlməyi bacardı:

"Torpaqlarımızdan qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək" -

“Bu gün minalardan təmizlənmiş ərazilərdə kommunikasiyalar bərpa olunur, bizim vətəndaşlar öz ata-baba yurdlarına qayıdırlar. Əgər doğrudan da müəyyən diversiya qrupları minaları basdırırsa, bu, əsasən sülhməramlı qüvvələrin nəzarətində olan ərazilərdə ola bilər. Digər ərazilərimizə Azərbaycan ordusu ciddi nəzarət edir və onun qarşısını almaq istiqamətində addımlar atır.

Buna baxmayaraq hələ də minalarla bağlı hadisələr baş verir. Bu isə hələ də təhlükənin sovuşmadığı siqnalını verir. Böyük qayıdışın təmin edilməsi üçün ən vacib şərtlərdən biri ərazilərin partlamamış sursatların təmizlənməsi prosesidir. Ermənilər həm öz istehsalı, həm də vaxtilə xaricdən gətirilmiş terror dəstələri vasitəsilə torpaqlarımıza minaları da basdırıblar. Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurulduqdan sonra bu fəaliyyətlərin qarşısı alınıb”.

Millət vəkili deyir ki, ermənilər bilməlidirlər ki, nəyin bahasına olur olsun, Azərbaycan Qarabağda bütün ərazilərimizdə mütləq şəkildə sülhü bərqərar edəcək:

“Düşünürəm ki, erməni diversiya qruplarının təxribatları da müvəqqəti haldır, onların da qarşısı alınır. Onlar ərazilərimizə mina döşəməklə nəyəsə nail ola bilməzlər. Sadəcə olaraq sülhün bərqərar olmasına müəyyən qədər mane ola bilərlər. Azərbaycanın dönməz daxili və xarici siyasəti var və bu istiqamətdə də çox ciddi addımlar atılıb və atılacaqdır”.

Mövzuya münasibət bildirən hərbi ekspert Emin Həsənli xatırlatdı ki, SSRİ-nin ən böyük mina zavodlarından biri tarixi Azərbaycan torpaqları olan Ermənistanın indiki paytaxtı İrəvan şəhərində yerləşib. Ermənilərin təqdim etdiyi xəritədə təkcə Ağdam və Füzulidə 97 min mina basdırıldığını qeyd edən ekspert deyir ki, bu qədər minanın kiçik bir ərazidə nə üçün yerləşdirildiyi də müzakirə olunması məsələdir:

“Azərbaycan dövləti bununla bağlı ardıcıl, məqsədyönlü iş aparır. Müdafiə Nazirliyinin iki hərbi hissəsi yaradıldı. Əvvəllər də birləşmələrdə, hərbi hissələrdə minatəmizləmə taborları var idi. Hazırda isə hərbi hissələrindən əlavə xüsusi olaraq mina təmizləmək üçün hərbi hissələr var. Bu istiqamətdə Fövqəladə Hallar, Dövlət Sərhəd Xidməti böyük işlər görür. Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) funksiyaları da artırılaraq dövlət büdcəsindən ona vəsaiti ayrıldı.

Son illərdə qardaş Türkiyənin də işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün dəstəyini gördük. Eyni zamanda İsrail dövləti bəzi texnoloji avadanlıqlar verərək bu istiqamətdə görülən işlərə dəstək verdilər. Xüsusilə bir məqamı qeyd etmək istərdim. Nə quruculuq işlərində, nə də ərazilərin minalardan təmizlənməsi prosesində Qərb dövlətləri Ukraynaya verdikləri dəstəyi Azərbaycana vermədilər. Azərbaycan öz imkanları hesabına həm yaşayış, həm də nəqliyyat qovşaqlarını minalardan təmizlədi. Bunun nəticəsində Füzuli, Zəngilan, Laçında hava limanı tikildi. Gələcəkdə Naxçıvanı və Türkiyəni Azərbaycana birləşdirəcək böyük dünya üçün əhəmiyyətli yol olacaq Zəngəzur dəhlizi açılacaq”.

İşğaldan azad edilən torpaqlarımızda sürətli abadlıq quruculuq işlərinin davam etdirildiyini bildirən ekspert bu işlərin aparıldığı əsnada xeyli sayda hərbi və mülki işçilərimizin minaya düşdüyünü qeyd etdi. İkinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərimizlə bağlı fikirlərinə vurğu edən Emin Həsənli söylədi ki, mina qurbanlarının çox olması ərazilərimizin ermənilər tərəfindən minalarla pis formada çirkləndiyinə sübutdur:

“Peşəkar mina basdıranlar xəritələri tərtib edən zaman onu üç surətdə hazırlayırlar. Xəritələrdən biri ölkənin Müdafiə Nazirliyinin qərargahında, digəri hərbi hissənin qərargahında, o biri isə birləşmənin qərargahında saxlanılır. Xüsusi xəritə tərtib edilmədən, tapşırıq olmadan mina basdırıla bilməz. Ermənilər xəritələrin onlarda olmadığını deməklə də daha bir yalana səbəbkar olublar. Sual oluna bilər, bu qədər azərbaycanlı mina düşdüyü halda, nə üçün ərazidə olan separatçılar və ya Rusiya sülhməramlılarından heç kim minaya düşməyib. Yalnız Azərbaycan dövlətinin gücü hesabına bu gün Qarabağ cənnət məkana çevrilir və bu işlərin sona qədər uğurla aparılacağına da hamımız inanırıq”.

Gülbəniz Hüseynli / Metbuat,az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağda #mina #terroru #Ermənistan #niyə #xəritələri #vermir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu