fbpx

Qarabağda şərab və su istehsal ediləcək

Rüya Yorumları burda


Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya dəyəri 20 milyon manat olan şərab və 3 milyon manat olan mineral su istehsalı müəssisələrinin yaradılması təklif edilir.

BEY.AZ Report-a istinadən xəbər verir ki, şərab istehsalı azad edilmiş ərazilərdə yerləşən bağlardan alınmış xammal hesabına təşkil ediləcək.

Mövcud üzüm bağlarının və perspektivli sahələrinin imkanlarından istifadə edərək 1,6 milyon şərti şüşə şərab istehsalı müəssisəsinin qurulması hədəflənir.

Bununla yanaşı, Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Geşdək, Qarasu, Mozçay, Qotursu su yataqlarından istifadə edərək mineral su istehsalının təşkili nəzərdə tutulur.

Məlumdur ki, Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33 %-i Kəlbəcər, Laçın rayonlarının payına düşür. Bu rayonlarda mineral suların istismar ehtiyatı 7 393 m²/gün təşkil edir ki, bunun da 42 %-i Laçının, 58 %-i Kəlbəcərin payına düşür. Yalnız Kəlbəcər rayonunun Tərtər çayı hövzəsində 400-dən artıq mineral su yataqları var.

Rüya tabirlerini burdan oku

Kəlbəcər rayonundakı İstisu mineral su bulağı öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, dünyada məşhur olan Karlovı-Varı bulaqları (Çexiya) ilə eynidir.

İstisuyun istiliyi 58,80 C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyətə görə, müəssisələr 10 il müddətinə mənfəət, əmlak, torpaq, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur. İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarların ödədikləri kommunal xidmətlərin tariflərinə uyğun olaraq vəsaitin 20 %-i məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi nəzərdə tutulur.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu