fbpx

​“Qarabağda təhlükəsizliyin daha da gücləndirilməsinə ehtiyac var”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin qurulması Azərbaycan üçün mühüm üstünlüklər qazandırdı. Bu, tarixi strateji nailiyyət Azərbaycanın əldə etdiyi uğurlar sırasında ən önəmlisidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib. Analitikin sözlərinə görə, əsas məsələ hazırda Azərbaycanın siyasi iradə, qətiyyət və prinsipiallıq nümayiş etdirməsi olmalıdır.

Gələcəkdə Türkiyə iqtisadiyyatına zərbələr vurulması proqnozlaşdırılır" - İLYAS HÜSEYNOV

Rüya tabirlerini burdan oku

İlyas Hüseynov

“Aydındır ki, Laçın- Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra müxtəlif dövlətlər, Ermənistanın arxasında olan qüvvələr, korrupsiyaya bulaşmış şəxslər, parlamentarilər Azərbaycana qarşı fəaliyyətə başlayacaqlar. Artıq biz bu fəaliyyəti görməkdəyik və Azərbaycan diplomatiyasının əsas vəzifəsi bu gün bütün bu məsələləri ayırd etmək, izahat vermək, müxtəlif məsləhətləşmələr, görüşmələr keçirərək Azərbaycan həqiqətlərinin reallıqların qarşı tərəfə bildirməkdən ibarətdir”.

Bu gün üçtərəfli birgə bəyanatın tələblərindən irəli gələn vəzifələrin icrası mühüm aktuallıq kəsb etdiyini qeyd edən İlyas Hüseynovun qənaətinə görə, nəzarət-buraxılış məntəqəsi həm də keçid dövrü üçün mühüm bir elementi təşkil edir.

“Xankəndi və ətraf bölgələr müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlıları olduğu bölgələrdə yaşayan etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası eləcə də digər ərazilərdə Azərbaycanın üçrəngli bayrağının dalğalanması bu gün əsas prioritet hesab olunmalıdır və dünya birliyi də bu reallığı qəbul etməlidir. Prezident “Qarabağ Azərbaycandır!” tezisini Vətən müharibəsindən öncə səsləndirdi. Bu gün isə onun reallaşması, praktiki məsələlərin həlli əsas gündəlikdə olan məsələdir. Nəzarət-buraxılış məntəqəsinin qurulması uzun müddətdir ki, müzakirə olunurdu. Çünki, qeyri-qanuni yüklərin daşınması minalar, sursatlar, diversantlar təhlükəsizliyə böyük təhdid törədirdi. Azərbaycan bu addımı atmaqla nəinki regionun, o cümlədən, böyük bir coğrafiyanın təhlükəsizliyinə töhfə verdi. Bununla da, qarşıdakı dövrdə də məhz təhlükəsizlik aspektlərinin daha da qabardılmasına böyük ehtiyac vardır”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağda #təhlükəsizliyin #daha #gücləndirilməsinə #ehtiyac #var

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu