“Qarabağdakı ermənilər üçün Konstitusiyaya dəyişiklik etməyə ehtiyac yoxdur”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Ermənistan deyir ki, Qarabağ məsələsi onlar üçün ərazi, insan haqları məsələsidir. O zaman fikrimcə, 25 min erməni üçün Azərbaycan Konstitusiyasına dəyişlik etməyə ehtiyac yoxdur. Azərbaycanda xeyli sayda milli azlıqlar var, onların hüquqları təmin olunur”.

Metbuat.az “Report”a istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfransda deyib.

“Azərbaycanda Azərbaycan dili yanaşı rus və gürcü dillərinin tədrisi də dövlət tərəfindən maliyyələşdirilir. Yəni bütün bu məsələlər milli azlıq çərçivəsində həll edilə bilər. Qarabağdakı erməni məsələsi daxili məsələdir və bu beynəlxalq platformalarda müzakirə olunmayacaq” – F. Şəfiyev vurğulayıb





Google News Abone ol

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Exit mobile version