“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azaldı
BEY.AZ informasiya agentliyi xəbər verir
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimindən əvvəl “Qarabağ”ın potensial rəqiblərinin sayı azalıb.
Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, səpələnmişlər səbətində yer alacaq. Bu halda rəqiblər “Lüdoqorets” (Bolqarıstan) / “Şemrok Rovers” (İrlandiya) və “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütlərinin qalibləri, eləcə də Kiprin “Apollon” (Limassol” komandası olacaq.
Qeyd edək ki, iyulun 18-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Oyunlar isə 2-3 avqust və 9 avqustda keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.