fbpx

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi – İki dəfə “Xəzər Lənkəran”la üz-üzə gələn “Lex”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Xəbər verdiyimiz kimi, “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Polşanın “Lex” klubudur.

Metbuat.az bu klub haqqında bəzi məlumatları təqdim edir:

“Lex” 1922-ci ildə yaradılıb və bu il 100 illiyini qeyd edəcək. Klubun prezidenti Karol Klimçak, baş məşqçisi isə Matsey Skorjadır. Ev oyunlarını 40 mindən çox azarkeş tutumuna malik “Miejski” stadionunda keçirən “Lex” 1948-ci ildə debüt etdiyi Polşa çempionatında 8 dəfə qalib olub.

Rüya tabirlerini burdan oku

Bundan başqa, komanda 5 dəfə Polşa Kubokuna, 6 dəfə isə Polşa Super Kubokunu qazanıb.

2008-2009 mövsümündə “Xəzər Lənkəran” UEFA Kubokunun I təsnifat mərhələsində bu komandaya rəqib olub. Bakıda rəqibinə 0:1 hesabı ilə yenilən “Xəzər Lənkəran” Poznandakı görüşda 1:4 hesablı məğlubiyyətlə meydanı tərk edib. Bu iki klub arasındakı daha bir görüş isə 2012 – 2013 mövsümündə baş tutub. UEFA Avropa Liqasının II təsnifat mərhələsində Lənkəranda rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi Poznanda məğlub olub – 0:1.

Eyni zamanda Poznan təmsilçisi 2005-2006 mövsümündə Yevlaxın “Kamran”, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakı “İnter”i (hazırkı “Şamaxı”) bu komanda ilə görüşüb.

Qeyd edək ki, “Qarabağ” ilk oyununu 5-6 iyulda səfərdə, cavab qarşılaşmasını isə 12-13 iyulda evdə keçirəcək.

File:Stadion Lecha Poznan. 2010-11-03 (4).JPG - Wikimedia Commons

“Miejski” stadionu



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu