fbpx

Qarabağın erməni icması ilə Yevlax görüşü baş tutacaqmı?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağ erməniləri arasında görüşün Yevlaxda keçirilməsi Azərbaycanın daxili işidir və bunun hansı müstəvidə aparılmasını məhz Azərbaycan təyin edir”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Erməni tərəfinin – Qarabağ ərazisindəki separatçıların ciddi cəhdlə bu danışıqlara mane olduğunu xatırladan Arzu Nağıyev bildirdi ki, onlar məsələyə beynəlxalq statusun verilməsinə və danışıqların kiminsə iştirakı ilə keçirilməsinə çalışırlar:

“Bu, absurd məsələdir. Cənab Prezident İlham Əliyevin də mövqeyi birmənalı şəkildə ondan ibarətdir ki, humanist addım atılaraq danışıqlara gedilsin və gedirik də. Lakin bütün bu danışıqlar ancaq Azərbaycanın diqtəsi, razılığı ilə keçirilməlidir. Bir müddət öncə yer məsələsi ilə bağlı erməni kütləvi informasiya vasitələri ciddi cəhdlə danışıqların qeyri-hökumət təşkilatları, eyni zamanda ABŞ vasitəçiliyi ilə guya Bolqarıstanda keçirilməsi haqda mesaj verdilər. Qeyd edim ki, hansısa qeyri hökumət təşkilatları, müxtəlif siyasi qurumlar belə danışıqlar apara bilməzlər. Kiminsə beynəlxalq səviyyədə buna status vermək cəhdi də baş tutan deyil”.

Rüya tabirlerini burdan oku

“Rusiyada baş verənlər nə etnik, nə dini qarşıdurmadır” -

Millət vəkili hesab edir ki, sonuncu dəfə danışıqların baş tutması üçün məkanın Azərbaycanın Yevlax şəhəri seçilməsi də çox mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan ərazisində məhz erməni icmasından danışıqların keçirilməsi müsbət bir hal kimi dəyərləndirilir və dəyərləndirilməlidir. Buna mane olan qüvvələr də var. Bu gün Ermənistanda keçmiş səhra komandirləri, Qarabağda cinayətlər törədərək sonradan Ermənistanda vəzifə tutmuş şəxslər – Koçaryanlar, Sarkisyanlar ciddi cəhdlə çalışılar ki, danışıqlar baş tutmasın, çünki bilirlər ki, onların cinayətləri ifşa olunacaq.

Qarabağda üç qrup erməni yaşayır. Bunlar Azərbaycan bayrağı, konstitusiyası altında yaşamaq istəyənlər, bu və ya digər şəkildə köçürülüb orada yerləşərək indi də qaçmağa cəhd edənlər və özlərinə müxtəlif qondarma vəzifələr təyin edərək, bu istiqamətdə separatçılığa meyilli şəxslərdir. Bu danışıqlara mane olacaq qüvvələr əsasən onlardır. Son humanitar yardım adı altında təzyiqlərə baxmayaraq, Azərbaycanın mövqeyi birmənalıdır.

Biz qeyd etmişik ki, Qarabağ ərazisində yaşayan erməni icması Azərbaycan vətəndaşıdır və ölkəmiz onlara, digər qruplara necə münasibət bəsləyirsə, o cür də münasibət bəsləməyə hazırdır. Buna görə də, Yevlaxda danışıqların keçirilməsi müsbət hal kimi dəyərləndirilməlidir. Heç bir xarici qüvvə bu və ya digər şəkildə Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasətə zərbə vurub, onu bu siyasətindən döndərə bilməz”.

Məsələyə münasibət bildirən Azad Vətən Partiyasının sədri, siyasətçi Akif Nağı Metbuat.az-a bildirdi ki, Yevlaxda keçirilməsi düşünülən görüş ilə bağlı fərqli düşünür:

“Ola bilər bu baş tutusun. Erməni mətbuatı Yevlax görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirib, tamam başqa mövqedən yanaşırlar. Onlar müzakirələr zamanı vasitəçilərin müəyyən edilməsinə çalışır, hansı suallar ətrafında fikir mübadiləsi aparmaqla bağlı Azərbaycan qarşısında şərtlər qoyurlar. Fikrimcə, Azərbaycan öz işini görməlidir. Bu məsələ ilə bağlı xüsusi vurğular etməyə ehtiyac yoxdur.

Qarabağ ermənilərinin inteqrasiyası, onların yenidən Azərbaycan cəmiyyətinə uyğunlaşdırılması istiqamətində addımlar atılmalıdır. Xankəndidə hakimiyyətimizi bərpa etməliyik. Oradakı ermənilər vətəndaş kimi yaşayırlar yaşasınlar, yaşamaq istəmirlərsə, bu onların seçimidir. Onlara hər hansı bir reinteqrasiya və yaxud xüsusi diqqət göstərməyə heç bir ehtiyac yoxdur”.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Politoloq Turan Rzayev Metbuat.az-a danışarkən vurğuladı ki, sülh istəyən tərəf üçün görüş yerinin Bakıda və ya Yevlaxda keçirilməsinin elə də əhəmiyyəti olmamalıydı:

“Görüşün harada baş tutmasının Azərbaycan üçün elə bir fərqi yoxdu. Bu mövzuda Azərbaycan tərəfi üçün görüşün ölkə daxilində olması və vasitəçilər olmadan keçirilməsi maraqlıdır. Ümumiyyətlə bu müzakirələr reinteqrasiya prosesinin sürətlənməsi baxımından vacib hesab edilə bilər. Görüşdə kimlərin iştirak edəcəyi də hələlik bəlli deyil.

İndiki məqamda Azərbaycan tərəfi üçün önəmli olan bu görüşün keçirilməsidir. Bu baş tutarsa, Bakı və Xankəndi arasındakı təmasların və reinteqrasiya prosesinin sürətli inkişafına gətirib çıxara bilər. Azərbaycan proseslərin sülh yolu ilə həllində maraqlıdır və bunun üçün də maksimum dərəcə əlindən gələni edir. Ölkəmiz konstruktiv yanaşma sərgiləyir.

Bu qərar Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir"

Hesab edirəm ki, Yevlaxda keçiriləcək görüş problemin aradan qaldırılması istiqamətində müsbət nəticələnə bilər. Ümumiyyətlə, Rusiya tərəfi də bu görüşün baş tutmasına maraqlıdır. Ermənistanın sonuncu humanitar şousu faktiki olaraq beynəlxalq ictimaiyyətin regiona diqqətini çəkib. Rusiya da bundan narahatdır. Qarabağ məsələsi də beynəlxalq mahiyyət alarsa, digər ölkələrin prosesə müdaxilə riskləri yarana bilər. Buna görə də, Rusiya tərəfi indiki məqamda belə bir görüşün olmasında maraqlıdır və görünür, elə separatçılara da bu istiqamətdə təzyiqlər edilir. Halbuki bundan öncə iki dəfə görüşü rədd etmişdilər”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qarabağın #erməni #icması #ilə #Yevlax #görüşü #baş #tutacaqmı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu