fbpx

“Qarabağ”ın “Lion”la matçını o idarə edəcək



Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

BEY.AZ xəbər verir ki, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakimin köməkçiləri Nikola Boroviç və Boşko Bojoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də start götürəcək.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin