fbpx

“Qarabağ”ın matçına 300 manata bilet satılır



Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir.

BEY.AZ xəbər verir ki, klubun yaydığı məlumata görə, artıq 21 mindən çox bilet alınıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti uyğun olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Xorvatiya klubu 3:0 hesablı qələbə qazanıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin