fbpx

“Qarabağ”ın mövsümdə 100-cü qolunu Qurban Qurbanovun oğlu vurub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağ” klubu cari mövsümdə 100-cü qol həddini keçib.

Metbuat.az-ın məlumatına görə, yubiley topunu səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz aktivinə yazdırıb.

Rüya tabirlerini burdan oku

“Köhlən atlar” Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Ağdam təmsilçisi daxili yarışlarda 83 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında 8, ölkə kubokunda 2, Konfrans Liqasında 1 dəfə böyükhesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

“Qarabağ” mövsümün sonunadək daha 2 oyun keçirəcək. Ağdam komandası mayın 21-də sonuncu turda “Neftçi” ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında “Zirə” ilə görüşəcək. Daxili yarışlarda 100 həddinə çatmaq üçün bu görüşlərdə 17 qol vurmaq lazımdır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu