fbpx

“Qarabağ”ın olduğu səbət bəlli oldu



“Qarabağ”ın UEFA Avropa Liqasının püşkatma mərasimində iştirak edəcəyi səbətlər müəyyənləşib.

BEY.AZ xəbər verir ki, Azərbaycan çempionu ya 2-ci, ya da 3-cü səbətdə yer alacaq.

Turnirdə iştirak edəcək 24 komanda artıq bəllidir. Qalan 12 komanda isə bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra müəyyənləşəcək.

Yarışda iştirakı dəqiqləşən klubların səbətləri:

Birinci səbət: “Roma”, “Latsio” (hər ikisi İtaliya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Portu” (Portuqaliya), “Reyncers” (Şotlandiya), “Slaviya” (Çexiya).

Birinci və ya ikinci səbət: “Real Sosyedad” (İspaniya).

İkinci səbət: AZ (Alkmaar, Niderland), “Lion” (Fransa), “Fənərbağça” (Türkiyə), “Olimpiakos” (Yunanıstan).

İkinci və ya üçüncü səbət: “Qarabağ” (Azərbaycan), “Qalatasaray” (Türkiyə), “Budyo Qlimt” (Norveç), “Yunion” (Belçika), “Dinamo” (Kiyev, Ukrayna).

Üçüncü və ya dördüncü səbət: “Midtyullann” (Danimarka), “Malmö” (İsveç), “Atletik” (Bilbao, İspaniya), “Hoffenhaym” (Almaniya), “Nitsa” (Fransa), “Tvente” (Niderland).

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkü avqustun 30-da atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin