fbpx

“Qarabağ”ın yeni qapıçısı o ola bilər


“Qarabağ” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

BEY.AZ idman.biz-ə istinadən bildirir ki, Azərbaycan çempionunun transfer etmək istədiyi qolkiperin adı məlum olub.

Qurban Qurbanov xorvatiyalı İvan Nevistiçin xidmətində maraqlıdır. Azərbaycan milisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”sunda forma geyinən 25 yaşlı qolkiper hələ Andrey Lunyovun keçidindən əvvəl də “Qarabağ”ın maraq dairəsində olub. Ağdamlılar yenidən onun transferini nəzərdən keçirməyi məqsədəuyğun sayıb.

Qeyd edək ki, Nevistiçin transfer dəyəri 850 min avro ilə dəyərləndirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu