“Qaraca qız”ın Xədicəsi illər sonra filmlə bağlı gizlinləri açdı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Çox tanıyırlar məni. Deyir ki, bilirsən bu kimdir?. “Qaraca qız”da Ağaca xanım, bəyin qızı”.
Metbuat.az big.az-a istinadən xəbər verir ki, bu sözləri “ATV Səhər” proqramına açıqlamasında “Ağca qız” kimi məşhurlaşan aktrisa Leyli Axundova deyib.
O bildirib ki, “Qaraca qız” filmini hələ də sonadək izləyə bilməyib. Səbəbi isə uşaqlığı ilə bağlı xatirələridir:
“Mən öz kinoma baxmıram. Baxanda ağlayıram. Ata və anamın tək uşağı idim. Mən biraz gec olmuşam. Mənim üstümdə hamısı əsirdi. Özü də kinoya çəkilmək çox çətindir”.
Aktrisa bildirib ki, kinonun yarısını kəsib 45 dəqiqə ediblər:
“Kinonun yarısını kəsiblər. Bu, diplom işi idi. Ona çox pul xərcləndi. Şamil müəllimi dilə saldılar, elədilər novella. Bütün qaraçılar Moskvadan gəlmişdi. Ayını belə Moskvadan gətirmişdilər. Bir saat iyirmi dəqiqə kino getməli idi, kinonu elədilər 45 dəqiqə”.
L.Axundova deyib ki, ilanla bağlı olan səhnələrdən imtina etmək istəsə də, bu alınmayıb:
“Mən ilandan qorxmuşdum. Qızdırmam qalxmışdı. İlanlar da qaçdılar. Hər ilana 70 rubl vermişdilər. Anama da dedilər ki, sən otur kinoya bax, ancaq biz Leylini aparırıq. Şamil müəllim mənə dedi ki, sənin ətəyini açıb ilanı ora salacayıq. İlanlar ki, dilini çıxardılar bunları görüb adam nə olar? Mənə dedilər ki, sən qorxma. Amma mən ayıq uşaq idim”.
O, müasir dövrdə uşaq filmlərinin çəkilməməsindən gileylənib:
“Bu nə biabırçılıqdır? Bu nəsil böyüyür və filmlər çəkilməlidir ki, onlar bilsin nə yaxşıdır, nə pis. Göstərsinlər ki, narkomaniya pis bir şeydir, uşaqlar da görsünlər ki, bir-birinə nifrət etmək pis şeydir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qaraca #qızın #Xədicəsi #illər #sonra #filmlə #bağlı #gizlinləri #açdı