Qarında köpə qarşı 5 sadə müalicə
Çoxlarının təhlükəli hesab etmədiyi adi köp bir sıra ciddi xəstəliklərin əlaməti ola bilər.
BEY.AZ medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Aleksandra Alisina 5 sadə müalicə metodlarını tövsiyə edib.
1. Qazlı və köp yaradan içki və qidaların qəbulunu azaldın.
Soyuq qazlı su bağırsaq sağlamlığını pozur. Köp, həzm və s. problemlərin səbəbi bağırsaq mühitində faydalı bakteriyaların az, zərərlilərin çox olmasıdır.
– Şəkəri azaldın
Həddən artıq çox şəkər qəbulu mikrofloranı pozur, mikrob və bakteriyaları artırır. Şirəli içkilər də eyni təsir edir. Bağırsaqda zərərli bakteriyalar artdıqda, qarın köpür, qıcqırma artır.
– Fermentləşdirilmiş qidaları artırın
– Bunlara çay göbələləyindən tutmuş duzlu kələm, şoraba, kefir, yoqurt daxildir.
Həftədə 2 dəfə belə qidalar köpü qarşısını alır.
– Probiotik preparatlar qəbul edin
Hər gün probiotik qəbul etmək bağırsağı milyonlarla faydalı bakteriyalarla zənginləşdirir.
– Nanəli çay için- bu isidici, tonus verici içki qaz əmələ gəlməsinin qarşısını alır, həzmi yaxşılaşdırır.
– Təzə süd və qlütenə həssaslığı yoxlayın
Əgər sizdə laktoza və qlüten həssaslığı varsa, bu tərkibdə qidaları yeyən gün dəhşətli köp, qarın ağrısı və həzmsizlik olacaq.
Yer üzündə 10% insanda qlüten həssaslığı var. Qlüten buğdada olan yapışqanlı maddədir.