fbpx

Qarnizon komandiri olan polkovnik qəzaya düşdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Hərbi Polis bölmələrinin Yevlax Qarnizonunun komandiri polkovnik-leytenant Ərəstun İsmayılov avtomobil qəzasına düşüb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhərində, Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu bəy Şadlinski küçəsinin kəsişməsində baş verib.

Belə ki, Ə.İsmayılovun idarə etdiyi “Mercedes” markalı, 90-MH-240 dövlət qeydiyyat nişanlı avtomobillə, Yevlax rayon sakininin (ad, soyad dəqiqləşdirilir) idarə etdiyi “VAZ 21099” markalı, 66-BH-179 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində “VAZ 21099” markalı avtomobil yolun kənarına aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP və Hərbi Polisin əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, Ərəstun İsmayılov avtomobili yüksək sürətlə idarə edib və qarşısına çıxan digər avtomobili vurub.

Faktla bağlı araşdırma aparılır.

Qarnizon komandiri qəzaya düşdü





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin