fbpx

“Qayınatam dedi ki, əxlaqsızlıq edir, arvadına sahib çıx” – Rayondan gəlib arvadını… – ŞOK DETALLAR

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il iyunun 8-də Sumqayıt şəhəri 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 nömrəli yaşayış binasının yanında bıçaqlanma hadisəsi baş verir. Belə ki, şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gəlib təslim olan 1988-ci il təvəllüdlü Teymur Şıxkərimov həyat yoldaşı 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovanı bıçaqlaması barədə məlumat verib.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir. Ərazidən qatlanmayan bıçaq götürülür.

Hadisə olan ərazi

Lent.az bıçaqlanma hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Teymur Şıxkərimov mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən onu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Bıçaq götürərək, iyunun 8-i saat 13 radələrində qadının kirayədə yaşadığı 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 saylı binanın qarşısına gəlib və Aygün Şixkərimovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə
12 dəfə zərbə endirib. İstintaqa məlum olmayan şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması səbəbindən onun həyatı xilas edilib.

İş üzrə dindirilmiş Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə kirayədə qalaraq, tikinti şirkətlərində fəhlə işləyib. Aygün Şıxkərimovanı 2011-ci ildə Sumqayıt şəhərinin 13-cü mikrorayonunda, çörək sexində görüb:

Teymur Şıxkərimov istintaq zamanı

yaşadığı binanın qarşısına gəldim və onun aşağı düşməsini gözlədim. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü gördüm. Dərhal üzərinə gedərək, bıçaqla Aygünün boynuna, boğazına və digər bədən üzvlərinə xəsarətlər yetirdim. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən ayrıldı. Arvadımın qışqırıq səsini eşidən Taleh maşından düşüb söyə-söyə arxamca qaçsa da, mənə çata bilmədi. 3-cü bölməyə gedərək, polis əməkdaşlarına yoldaşımı bıçaqladığımı bildirdim”.

Teymur Şıxkərimov əlavə edib ki, bıçağı Şabran rayonunda alıb. Aygünə 12 dəfə zərbə vurub. Onu bu cinayəti törətməyə arvadının əxlaqsız hərəktləri vadar edib.

Zərərçəkmiş şəxs Aygün Şixkərimova ifadəsində göstərib ki, martın 22-də qardaşı ilə mübahisə etdiyi üçün atasının evindən çıxaraq bir müddət bacısı ilə yaşayıb: 

Aygün Şıxkərimova istintaq zamanı

Şahid qeyd edib ki, Aygünün evində heç vaxt olmayıb.

Məhkəmə iclasında Teymur Şıxkərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Aygün Şixkərimova Aygün təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin