Yanvarın 1-dən etibarən smartkart tipli sayğaclarda qaz limitinin avtomatik olaraq yenilənməsi gözlənilirdi. Vətəndaşlar bundan sonra qazı yeni limitlə əldə edəcəklər.
Bəs abunəçilərin qaz limitləri tamamilə sıfırlanıbmı?
“Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyev BEY.AZ-a açıqlamasında bildirib ki, limitlərin yenilənməsi prosesi başa çatıb, ancaq bu, sıfırlanma prosesi deyil:
“Sıfırlanma deyəndə adamlar elə bilir ki, sayğaclarda da hər yerdə sıfır yazılacaq. Bu yenilənmədir, yəni yeni limitə keçid deməkdir. Kiçik istisnalar var ki, ölkədə olmayıblar, sayğaclarına baxış keçirib sərfiyyəti yoxlaya bilməyiblər, amma ümumilikdə limitlərin yenilənməsi prosesinin başa çatdığını deyə bilərik”.
Əhali qaz istehlakı üçün müəyyən edilmiş limitin nə qədər olduğunu özü necə hesablaya bilər?
“Azeriqaz.az saytında “borcunu öyrən” bölməsi var, ona klikləyib hansı limitdə, hansı tarixdə olduğunu görmək olur. Limitlər 1200 kub metr olan hissə, 1200 kub metrdən 2500 kub metrədək olan hissə, 2500 kub metrdən çox olan hissə üçün nəzərdə tutulub.
1200 olan limiti keçdikdən sonra növbəti mərhələyə uyğun hesablanır”, – deyə mətbuat katibi izah edib.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa