Xəbər verdiyimiz kimi, Tarif Şurasının qərarına əsasən, Azərbaycanda qaz və elektrik enerjisi bahalaşıb. Əvvəl bir kilovat saat elektrik enerjisi üçün azı 8 qəpik ödəyən əhali artıq 5 faiz daha çox, yəni 8.4 qəpik ödəyəcək. Həmçinin bir kub metr qaz üçün azı 12 qəpik ödənilirdisə, indi bu rəqəm yarım qəpik daha çox olacaq.
Bəs enerji qiymətlərindəki bu artımlar hansı sahələrdə özünü daha çox göstərəcək?
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli BEY.AZ-a açıqlamasında bildirib ki, qazın və işığın qiymətinin artması daha çox xırda sahibkarlara təsir göstərəcək:
“Qiymət artımının özü çox böyük olmasa da, xırda istehsalçılar və yaxud xidmət sahələrində çalışanlara daha çox təsir göstərəcək. Nəticə etibarilə bunun psixoloji təsiri də olur. Yəni işığın, qazın, suyun qiyməti cüzi artsa da, istər-istəməz bütün sahələrdə qiymət artımına təsir edə biləcək, onu sürətləndirəcək amilə çevrilir”.
İqtisadçı qeyd edib ki, yeni qiymətlər kiçik sahibkarlara, məsələn, ev təsərrüfatlarında hansısa bir sahə ilə məşğul olanlara, xüsusilə istilikxana məhsullarının qiymətinin artmasına təsir göstərəcək.
Qeyd edək ki, qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa