fbpx

Qazaxda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Qazax rayonu, Daş Salahlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məşədiyev Röşən İsmayıl oğluna məxsus “İsmayıl” şadlıq sarayında pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Baxış zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu müəyyən olunub. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin