Qazaxıstan – Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Futzal üzrə Dünya çempionatı 2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Metbuat.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Astanada baş tutacaq oyunu Bolqarıstandan olan hakimlər idarə edəcək:
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov
Hakim-isnpektor: Silvo Borosak (Sloveniya)
UEFA nümayəndəsi: Morten Engebretsen