“Qazinin haqqı ayda 80 yox, 10 min manat olmalıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Yadımdadır, o vaxtlar şou-biznes adamları nə deyirdilərsə, düşmənə yanaşılan aqressiya ilə yanaşılırdı. Xeyli vaxtdan sonra nə paylaşım olurdusa hamılıqla “şəhidə və qaziyə hörmət etmirsiniz, siz beləsiniz” deyirdiniz. Sənə qurban olum, şəhidim, var ol, qazim, Azərbaycanın oğulları!”.
Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial media hesabında paylaşıb. İfaçı son günlər baş verən hadisələrlə bağlı fikirlərini yazıb:
“İndi sualım sizədir. Hardasınız? Qazi bu gün haqqını tələb edir, döyüşdə olur və sonda ömürlük sağlamlığını itirir, yarı can qalmağa məcbur olur. Onun haqqı ayda 80 yox, 10 min manat olmalıdır. Pis pisliyini onsuz da edəcək. Bəs, yaxşı sizə nə oldu? Ey millət, niyə, o qazilərin yanında dəstək olmadınız? Niyə sosial şəbəkələrdə “sənə qurban olum”, əməldə isə qıraqdan izləməyi seçdiniz? Dünənə qədər arxanda idik, amma bu gün bağışlayın, mənlik deyil? Millət necə tarac olur-olsun, nə işim var? Baxın, bu sözlər bu yurdun ömürlük kimliyidir! Günahı heç kimdə axtarmayın, günahkar elə özümüzük. Yaltaqlanaraq yaşamağı asan bilirik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.