fbpx

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsində 38 maddə dəyişib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Aprelin 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən xəbərə görə, iclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyiə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxildir.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikasının ərazisində insanların, həmçinin heyvanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.

Rüya tabirlerini burdan oku

Tahir Rzayev qeyd edib ki, sənəd komitədə və plenar iclasda iki oxunuşda geniş müzakirə olunub və qəbul edilib. Plenar iclasda deputatlar tərəfindən verilmiş təkliflərin bir çoxu qanun layihəsində öz əksini tapıb. Sənədin qəbulunun bu günün reallığı üçün vacib olduğunu bildirən komitə sədri vurğulayıb ki, layihə komitə üzvlərindən, Milli Məclis Aparatının müvafiq şöbəsinin və aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupu tərəfindən işlənilib və 38 maddəyə dəyişikliklər olunub.

İclasda çıxış edən Milli Məclisin deputatları Sabir Hacıyev, Elşən Musayev, Eldar Quliyev, İqbal Məmmədov, Azər Badamov, Etibar Əliyev qida zəncirinin bütün mərhələlərində standartlara əməl olunması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər.

İclasda iştirak edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisin sədri başda olmaqla bütün Milli Məclis üzvlərinə qanun layihəsinin geniş müzakirəsi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, bu qanunun tətbiqi əhalinin sağlamlığının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi, məhsuldarlığın artırılması və ölkəmizdə istehsal olunan məhsulların ixrac potensialını genişləndirmək məqsədi daşıyır. Agentlik sədri iclasda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Aqrar siyasət komitəsinin üzvləri Novruzəli Aslanov, Aydın Hüseynov, Emin Hacıyev, Müşfiq Cəfərov, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov və digər rəsmi şəxslər iştirak ediblər.

#Firuzə Vahid



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu