Qırğız Prezidentinin Azərbaycana səfər proqramı açıqlandı
Qırğız Prezidenti Sadır Japarov aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.
BEY.AZ xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev “Sputnik Qırğızıstan”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur.
Həmçinin artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi müzakirə ediləcək.
Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib:
“Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.