fbpx

“Qırmızı” diplomun heç bir özəlliyi yoxdur

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Son günlər ali məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlara müəyyən güzəştlər verilməsi məsələsi gündəmə çevrilib. Elm və təhsil naziri Emin Əmrullayev də ötən həftə media üçün keçirdiyi brifinqdə təklifin haqlı olduğunu, lakin nazirliyin bu məsələdə güzəşt edən yox, sənəd verən tərəf olduğunu bildirdi. Emin Əmrullayev çıxışında dünyada diplomlardan, kağızlardan çox biliyin rol oynadığını söylədi.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini AZƏRTAC ilə bölüşən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov fərqlənmə diplomlu şəxslərin əmək bazarında üstün mövqeyinin qorunduğunu söyləyib. Təhsil ekspertinin sözlərinə görə, ali məktəbi fərqlənmə ilə bitirən məzunlar aldıqları biliyi cəmiyyətdə doğruldurlar: “Bu gün ali təhsil əldə etmək olduqca vacibdir. “Qırmızı” (fərqlənmə – red.) diplom almaq üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən şərtlərə cavab verməlisən. Azərbaycanda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Qaydalara görə, ali təhsil müəssisəsi məzunlarının bütün fənlər üzrə qiymətlərinin 75 faizindən çoxu “əla”, digərləri isə “yaxşı” olduğu halda onlara fərqlənmə diplomu verilir. Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na uyğun olaraq, konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir: tələbə 51 baldan aşağı topladıqda “qeyri-kafi” – F, 51-60 bal topladıqda “qənaətbəxş” – E, 61-70 bal topladıqda “kafi” – D, 71-80 bal topladıqda “yaxşı” – C, 81-90 bal topladıqda “çox yaxşı”- B, 91-100 bal topladıqda “əla” – A alır. Bu qərar respublikanın bütün ali təhsil müəssisələrinə şamil edilir.

Hər hansı bir müəssisə yüksək qabiliyyətli, bacarıqlı insanların çalışmasına üstünlük verir. Ali məktəbi fərqlənmə ilə bitirənlərə inam və etibar əksər hallarda özünü təsdiq edir. Eyni zamanda, ali məktəblərin imici qorunur. Azərbaycanda istər müəllimliyə, istər dövlət qulluğuna qəbul yalnız müsabiqə və müsahibə vasitəsilə həyata keçirilir. Müsahibə mərhələsində “qırmızı” diplomun sadəcə psixoloji üstünlüyü ola bilər. Yəni şəxs ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Müəllimlərin işə qəbulundan sonra əgər bir müəllim bakalavr və magistratura pilləsini fərqlənmə ilə bitiribsə, o, fəaliyyətə bir kateqoriya yuxarı ilə başlayır. İşə qəbul zamanı fərqlənmə diplomunun hər hansı üstünlüyü yoxdur. Hətta tələbə magistratura pilləsində təhsil alırsa, işə qəbul zamanı yalnız seçimdə iki namizəd varsa, birini digərindən fərqləndirmək üçün bu, fərqlilik hesab oluna bilər. Amma başqa heç bir üstünlüyü yoxdur”.

Kamran Əsədov bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində diplomlar bala görə müəyyən olunur: “Yəni 100 ballıq şkala verilir və nəticə 80 faizdən yuxarı olduqdan sonra diplom əldə edilir. Lakin bizdə “3” alana da, “5” alana da diplom verilir. Xaricdə belə yanaşma yoxdur. Yalnız keçmiş sovet ölkələrində bu ənənə var. Tutaq ki, birinin bütün qiymətləri “4” və “5”dir, o da göy diplom alır, “3” və “4” alanlar da göy diplom alır. Bu, düzgün deyil.

Rüya tabirlerini burdan oku

Dünya təcrübəsində standart diplomlar var. Həmin diplomlar sizin təhsilinizin yetərliliyi nəzərə alınmaqla verilir. Diplomlarda neçə balla universiteti bitirdiyiniz göstərilir. Bu bal da işə qəbul, müsahibələr zamanı nəzərə alınır. Amma Azərbaycanda diplomun içərisinə baxmırlar. Nəticə olaraq “qırmızı” diplomun heç bir özəlliyi yoxdur. Əvvəllər qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də “qırmızı” diplom digərləri ilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir. Hesab edirəm ki, diplomun rənginin xüsusi bir önəmi yoxdur. Vacib amil tələbənin həmin diplom üzrə göstəricilərinin yüksək olmasıdır. Təhsil özü bütün tələbələrdə müasir dövrün bacarıq və qabiliyyətini formalaşdırmalı olan prosesdir. Amma biz görürük ki, hətta fərqlənmə diplomu ilə bitirənlərdə zəruri bacarıqlar yoxdur. Bu da onu deməyə əsas verir ki, diplom qiymətlərinin yazılmasında neqativ hallara yol verilib. Bəzi ali təhsil müəssisələri maddi maraq qarşılığında yüksək qiymətlər yazırlar”.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qırmızı #diplomun #heç #bir #özəlliyi #yoxdur

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu