fbpx

Qışda içkilərə ədviyyat qatmaq çox faydalıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Diyetoloq Anton Brıkinin sözlərinə görə qışda darçın, zəncəfil, hil əlavə edilmiş içkiləri qəbul etmək çox faydalıdır. Darçının tərkibində mikrob və iltihab əleyhinə xüsusiyyətlərə malik aldeqid maddəsi var. Ədviyyatda olan antioksidantlar hüceyrələrin vaxtından əvvəl məhv edilməsinin qarşısını alır.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, darçın şəkərli diabet olan insanlara faydalıdır: o içkilərə və yeməklərə gözəl dad verir, lakin qanda şəkərin artmasına səbəb olmur.

Öz növbəsində, zəncəfilli çay qışda istiləşməyə kömək edir, həzm pozuntularının qarşısını alır. Bundan əlavə, zəncəfil iltihab əleyhinə, antiseptik effektinə malikdir, orqanizmi piyləri parçalayan fermentləri daha fəal istehsal etməyə təşviq edir.

Rüya tabirlerini burdan oku

Həmçinin qışda içkilərə hil əlavə etmək çox faydalıdır. İçkilərlə yanaşı, hil şorba, tərəvəz, ət yeməklərinə də əlavə edilir. Bu ədviyyat orqanizmi doymamış yağ turşuları, askorbin turşusu, B6 vitamini, maqnezium, dəmir, kalsium, fosfor, sink ilə təmin edir.

Hil qan təzyiqinin bərpasına kömək edir, maddələr mübadiləsini normallaşdırır, həzm və əsəb sisteminin işini yaxşılaşdırır.

Mütəxəssislərin sözlərinə görə, ədviyyatlardan ciddi şəkildə uyğun miqdarda istifadə etmək çox vacibdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qışda #içkilərə #ədviyyat #qatmaq #çox #faydalıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu