fbpx

Qışda viruslardan qorunmaq üçün bunu edin

Rüya Yorumları burda


Qış mövsümündə infeksiyalardan qorunmaq üçün əl gigiyenasına riayət etmək vacibdir.

BEY.AZ İHA-ya istinadən xəbər verir ki, bu barədə infeksionist Dr. Gülay Çekiç Mor məlumat verib.

O bildirib ki, əllərdə olan mikroorqanizmləri təmizləməyin ən sadə və effektiv yolu su və sabunla əl yumaqdır: “Əlləri bol su və sabunla yumaq əllərimizin mexaniki təmizlənməsini təmin edir. Sabun virusların və bakteriyaların lipit qatını pozaraq kimyəvi təmizləmə aparır. Əl yuma müddəti də çox önəmlidir. Əlləri ən azı 20-30 saniyə sabunla yumaq və sonra tək istifadəlik dəsmalla qurulamaq lazımdır. Quru şəraitdə bakteriyalar çoxala bilmədiyi üçün əlləri qurulamaq vacibdir”.

Gündəlik həyatda əllərin yuyulmalı olduğu vəziyyətlərə toxunan Dr. Mor qeyd edib ki, əlləri tualetə getmədən əvvəl və sonra, yeməkdən əvvəl və sonra, körpəyə baxmadan əvvəl və sonra, çöldən evə gələn kimi, alış-verişdən və puldan istifadə etdikdən sonra yumaq lazımdır. “Kütləvi nəqliyyat vasitələrindən istifadə etdikdən sonra da əllərimizi yumaq vacibdir. Xəstəxanada xəstəyə toxunmadan əvvəl və sonra da əllərimizi yuyuruq, bu, mikrobların yayılmasına qarşı mühüm tədbirdir”.

Su və sabunla əl gigiyenasının əsas təmizlik və infeksion xəstəliklərdən qorunma üsulu olduğunu vurğulayan Dr. Mor əlavə edib ki, əllərimiz, xarici dünya ilə ən çox təmasda olan və ən çox mikroorqanizm daşıyan orqanlarımızdır. “Bu mikroorqanizmlərə bakteriyalar, viruslar, göbələklər və parazitlər daxildir. Xüsusilə uşaqlar kimi əl gigiyenasına az diqqət yetirən şəxslərdə infeksion xəstəliklərin, ishal və qrip kimi epidemiyaların yayılma riski daha yüksəkdir”.

Rüya tabirlerini burdan oku

Həkim əl gigiyenasını təmin etmək üçün edilən səhvlərə diqqət çəkib: “Cəmiyyətdə yanlış bilinən və əl gigiyenasını təmin etməkdə təsirli olduğu düşünülən üsul var – əlcək istifadəsi. Əlcək əl gigiyenasını təmin etmir, əksinə, yanlış inam yaradır, infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər”.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu