fbpx

Qızıl və gümüşün qiyməti üzrə proqnoz açıqlandı

Rüya Yorumları burda

Dünya Bankı (DB) 2024-2025-ci illər üçün qızıl və gümüşün qiyməti üzrə proqnozunu yeniləyib.

BEY.AZ Apa-ya istinadən bildirir ki, hesabata əsasən, 2024-cü ildə qızılın bir troya unsiyasının qiyməti 2 100 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 200 dollar çoxdur.

DB-nin proqnozuna əsasən, 2025-ci ildə qızılın bir troya unsiyasının qiyməti 2 050 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən 350 dollar çoxdur.

Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə qızılın qiyməti illik müqayisədə 8,1 % artacaq , 2025-ci ildə isə 2,4 % azalacaq.

Rüya tabirlerini burdan oku

Qeyd olunur ki, 2023-cü ildə qızılın qiyməti 1 943 dollar olub, bu da 7,9 % artım deməkdir.

Hesabata əsasən, gümüşün bir unsiyasının qiyməti 2024-cü ildə 25 dollar, 2025-ci ildə isə 26 dollar təşkil edəcək ki, bu da öncəki proqnoz göstəricisindən müvafiq olaraq 1,3 dollar və 3,5 dollar çoxdur.

Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə gümüşün qiyməti illik müqayisədə 6,8 %, 2025-ci ildə isə 4 % artacaq.

Məlumata görə, 2023-cü ildə gümüşün qiyməti 23,4 dollar olub, bu da 7,4 % artım deməkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu