Qızından danışan Kamil Zeynallı göz yaşına boğuldu
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı efirdə kövrəlib.
BEY.AZ xəbər verir ki, “7 tamam” verilişində qonaq olan məşqçi ilə bağlı süjet hazırlanıb. Süjetdə K.Zeynallının uşaqlıq illərdən bəhs edilib və qızı ilə olan görüntüləri yer alıb.
Övladı Sahilənin görüntülərini görən Kamil Zeynallı, ondan danışan zaman kövrəlib:
“Allah heç bir övladı atasız böyütməsin, bundan sonra. Mən onsuz da bu həyatda övladıma görə, yaşayıram. Bütün uğurlarım, hər bir şey övladıma görədir. Allah heç bir atanı övladı qarşısında başı aşağa etməsin. Bura gələndə də qızımla danışdım ki, “ata qurban, verilişə çıxıram, sənə zəng edəcəyəm”. Cavab verdi ki, ata, uğurlar. Yarışa çıxanda da qızımdan icazə almışdım. 11 yaşı var, amma yenə də ondan icazə, halallıq almışdım. Hətta qalib seçiləndə də gözüm onun sevincini gördüm. Özümü zorla sıxdım, saxladım. Qızım anamla zalda idilər. O mənim sirdaşımdır, hər şeyimdir. Allah onu mənə, məni də ona çox görməsin. Allah onun toyunu anama qismət eləsin”.