fbpx

Qızları ilə birgə özünü binadan atan qadın haqqında qərar verildi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Yasamal rayonunda iki azyaşlı qızı ilə birgə özünü binanın beşinci mərtəbəsindən atan 26 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BEY.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə istintaqının gedişində hadisənin baş verməsinə gətirib çıxaran detallar açıqlanıb.

İttihamda deyilir ki, A.Abbasova bir evdə yaşadığı qayınanası ilə mütəmadi olaraq dava edib. Sonuncu dava zamanı ona zərbələr endirib. Bundan sonra qayınanası bu haqda Rusiyada yaşayan oğluna, Aytənin əri Suslana zəng vuraraq gəlininin onun 60 illik yubileyini təbrik etmək əvəzinə dalaşdığını bildirib.

Anasının narahatlığına görə Suslan arvadına zəng vuraraq acıqlanıb, Bakıya qayıdacağını və onu cəzalandıracağını deyib. Bundan əsəbiləşən Aytən onlardan qisas almaq qərarına gəlib, özünü uşaqları ilə birlikdə binadan ataraq intihar etmək istəyib.

Həmin gün o, iki azyaşlı qızı ilə birlikdə özünü binanın 5-ci mərtəbəsindən yerə atıb. Nəticədə üç yaşlı uşaq ölüb, ana və digər qızı isə xəstəxanaya yerləşdiriliblər.

Aytən Abbasova məhkəmədə hadisəni və əvvəllər nə danışdığını xatırlamadığını deyib: “Heç nə yadımda deyil. Mən uşaqlarımla birgə intihar etməmişəm. Övladlarım yaşayır”.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin hadisə vaxtı yüksək hiss-həyəcan içində olduğunu, hazırda heç nəyi yadına sala bilmədiyini deyib.

Hökmə əsasən, Aytən Abbasova hadisəni anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində ümumi tipli psixiatriya stasionarında tibbi xarakterli məcburi müalicə təyin edilib.

Xatırladaq ki, hadisə ötən ilin iyulunda qeydə alınıb. A.Abbasovaya qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 29 120.2.4 ( xüsusi amansızlıqla adam öldürməyə cəhd) və digər bənzər maddələrlə yekun ittiham verilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qızları #ilə #birgə #özünü #binadan #atan #qadın #haqqında #qərar #verildi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin