fbpx

QMİ sədri Avropa Şurasının sədr müavini ilə görüşüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fransada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 2-də Strasburq şəhərində Avropa Şurasının sədr müavini cənab Byorn Berqlə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsindən Metbuat.az-a verilən məlumata görə, İslam dünyasının yeganə təmsilçisi qismində Avropa Şurasının «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirdiyi beynəlxalq konfransda iştirak və məruzə etmiş Şeyxülislam A. Paşazadəni səmimi salamlayan B. Berq Ramazan bayramı münasibətilə Azərbaycanı təbrik edib.

Şeyxülislam A.Paşazadə Avropa Şurasının keçirdiyi tədbirə böyük önəm verərək qatıldığını və burada müzakirə olunan dinlərarası dialoqun dərin əhəmiyyət kəsb etməsini qeyd edib. O bildirib ki, dünyada sülhün və müqəddəs dəyər olan insan həyatının qorunması istiqamətində 40 ildən artıq Şeyxülislamlıq fəaliyyəti dövründə dinlərarası dialoq müstəvisinə hər zaman önəm vermiş, bu yöndə əməli səylərini, o cümlədən, beynəlxalq təşkilatlarla əməkdaşlıq zəminində səylərini əsirgəməmişdir.

Rüya tabirlerini burdan oku

Avropa Şurası təmsilçisi Şeyxülislam A. Paşazadənin fəaliyyətini yüksək qiymətləndirərək onun Qafqazda sülhün bərqərarı üçün dini liderlərlə görüşlərini dəyərləndirərək bunu dinlərarası dialoq işinə böyük töhfə kimi qeyd edib.

QMİ sədri sülhyaratma istiqamətində dini liderlərin görüşlərində davamlı iştirakının ən mühüm nəticəsi kimi Qafqazda münaqişənin heç bir vəchlə dini qarşıdurma müstəvisinə keçməməsini vurğulayaraq, bu istiqamətdə səyləri olduqca yüksək qiymətləndirib.

Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində Zəfər qazanmasından sonra azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma, dini-mənəvi irsin dirçəldilməsi yönündə aparılan işlər kontekstində Şeyxülislam A. Paşazadə bir sıra mühüm məqamları AŞ Baş katibi müavininin diqqətinə çatdırıb. Bu əsnada, işğal dövründə İslam dini abidələrinin həqarətə uğradılması, məhv edilməsi ilə yanaşı xristian və digər dinlərə mənsub mənəvi məkanların, qəbirstanlıq və tarixi abidələrin da vandalizm qurbanı olması məsələsinə diqqəti çəkən Şeyxülislam A. Paşazadə erməni işğalçılarının dini məbədlərin, o cümlədən, xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi yönündə həyata keçirdikləri saxtalaşdırma işlərindən bəhs edib. Şeyxülislam bildirib ki, Azərbaycandakı dini konfessiya rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş əraziləri ilk dəfə ziyarət edərkən milli-mənəvi-dini irsimizə qarşı işğalçılar tərəfindən törədilmiş cinayətlərin miqyasını – mədəni irsə qarşı soyqırımın dəhşətlərini görmüşlər. Törətdikləri vandalizm aktlarını danan erməni tərəfinin dünya ictimaiyyətinə guya onların dini məbədlərinin dağıdılması ilə bağlı müraciətlər edərək saxta məlumatlar yaymasını yolverilməz hesab edən QMİ sədri A. Paşazadə Avropa Şurası rəsmilərini azad edilmiş torpaqlarımıza səfərə dəvət edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu