fbpx

QMİ sədri Rusiyanın yeni səfiri ilə görüşüb

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 31-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mixail Yevdikimovu qəbul edib.

QMİ-nin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edən QMİ sədri A. Paşazadə ona qarşıdakı fəaliyyətində uğurlar dilədi. Şeyxülislam A. Paşazadə Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında səmərəli dinlərarası əməkdaşlıq əlaqələrinin mövcudluğundan məmnunluğunu qeyd etdi. Bildirdi ki, bu əlaqələr dinlərarası dialoqun gözəl nümunəsi olmaqla xalqlarımız arasında qarşılıqlı anlaşma mühitini dərinləşdirir və bölgəmizin mənafelərinə xidmət edir. 40 ildən artıq Şeyxülislamlığı dövründə Moskva və bütün Rusiya Patriarxları ilə yüksək səviyyədə münasibətlərindən bəhs edən QMİ sədri A.Paşazadə Rus Pravoslav Kilsəsinin sülhyaratma potensialını vurğuladı. Şeyxülislam A. Paşazadə Rus Pravoslav Kilsəsinin uzun illər ərzində dinlərarası dialoq müstəvisində nümunəvi fəaliyyətinə toxunaraq Patriarx Kirillin vasitəçiliyi ilə baş tutan dini liderlərin dialoqları sayəsində zamanında Ermənistan-Azərbaycan münaqişəsinin dini qarşıdurma xarakteri almasının qarşısı alındığını xüsusi qeyd etdi. Dini liderlərin sülh yönündə səylərinin davam etdirilməsinin mühümlüyünə vurğu edən Şeyxülislam A. Paşazadə təəssüflə qeyd etdi ki, erməni kilsəsi bölgədə sülhün bərqərarı istiqamətində deyil, revanşizmi körükləmək yönündə fəal iş aparır, antiazərbaycan kampaniyasının önündə gedərək beynəlxalq dini platformalardan sui-istifadə edir.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olundu. QMİ sədri ümidvar olduğunu bildirdi ki, yeni səfir bu əlaqələrin inkişafı istiqamətində öz səylərini əsirgəməyəcək.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası ilə Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq sahəsində səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğundan, ölkəmizin dini həyatında, dini konfessiyalar müstəvisində fəal icma olaraq iştirak etməsindən razılıq bildirildi. QMİ sədri RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsini hər zaman andığını və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələri yüksək dəyərləndirdiyini bildirib.
II Qarabağ müharibəsində Azərbaycan xalqının işğaldan azad etdiyi ərazilərdə gedən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri ilə yanaşı vandalizmə məruz qalmış dini-mənəvi irsin dirçəldilməsi, məscidlərlə yanaşı, pravoslav, alban-udi kilsələri və digər məbəd və ziyarətgahların yenidən qurulması, bərpası və qorunması sahəsində misilsiz işlər görüldüyünü qeyd edən Şeyxülislam A. Paşazadə bütün bunların Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirildiyini qürurla qeyd edib.
RF-nın ölkəmizdəki səfiri M. Yevdakimov Şeyxülislamla görüş imkanına görə təşəkkürlərini bildirib və Rusiya ilə Azərbaycan arasında geniş spektr üzrə münasibətlərin hər iki dövlətin mənafeləri naminə uğurla davam və inkişaf etdiyini vurğuladı. Bildirdi ki, Rusiyada Azərbaycanın regionda vəziyyətin və iqtisadi əlaqələrin normallaşması ilə bağlı mövqeləri bütün tərəflər üçün faydalı kimi yüksək qiymətləndirilir. Səfir qeyd etdi ki, Rusiya Federasiyası bölgədə sülhün davamlı olması, habelə Qızıl Aypara xətti ilə humanitar yükün Ağdam-Xankəndi yolu ilə keçirilməsi istiqamətində öz səylərini əsirgəmir.
Dövlət başçılarımızın səyləri sayəsində ölkələrimiz arasında çoxtərəfli əlaqələrin qurulmasından məmnunluğunu ifadə edən rusiyalı səfir Pus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında dinlərarası dialoq çərçivəsində nümunəvi dini-mənəvi əlaqələrin mövcudluğunu yüksək qiymətləndirdi. Bu işdə böyük nüfuza malik dini lider olaraq Şeyxülislam A. Paşazadənin fəaliyyətinin böyük əhəmiyyət daşıdığını bildirdi. Görüşdə xalqlarımız, dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq, strateji əməkdaşlıq bağlarının qorunub saxlanılması, inkişaf etdirilməsinin vacib olduğu qeyd olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov iştirak edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#QMİ #sədri #Rusiyanın #yeni #səfiri #ilə #görüşüb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin