QMİ sədri Türkiyəyə səfər edəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 13-16 aprel 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətində səfərdə olacaq.
QMİ-dən Metbuat.az-a verilən xəbərə görə, səfərdə məqsəd 15 aprel tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş Katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə Şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edəcək.
Türkiyə Cümhuriyyətinin Diyanət İşləri İdarəsinin dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr keçirəcək, Aya Sofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.