fbpx

Qohumla evlənənlərə cinayət işi başlansın

Rüya Yorumları burda


“Qohumla evlilik məsələsinin qanunvericiliklə tənzimlənməsi məsələsi düzgün deyil. Kəbin məsələsini minumuma endirmək lazımdır. Belə olan halda, qohumla evlənmək istəyənlər təkcə kəbin kəsdirəcək”.

Bunu BEY.AZ-a açıqlamasında vəkil Mehman Muradlı deyib. Onun sözlərinə görə, bu problemin qarşısını ictimai qınaqla almaq olar:

“Əsas məsələ odur ki, ictimai qınaq olsun. Həmin insanların toyunda heç kim iştirak etməsin. Qınaqla üzləşsələr, bəlkə bu məsələ həllini tapar. Çünki xalaqızı, əmioğlu əslində qardaş-bacı sayılır. Onların evlənməsi heç bir halda doğru deyil.

Bu məsələni bir müddətdən sonra qanuniləşdirmək olar. Qohumla evlənən insanlar nəinki cərimə edilməli, hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cərimələr də həddindən artıq yüksək olmalıdır. Valideynlərə və nigaha girən şəxslərə cərimə təqbiq olunmalıdır. Belə olan halda bu məsələlərə son qoymaq olar. Amma hələ ki, qanunla bunun tənzimlənməsi yaxşı nəticə verməyəcək”.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu