Qonşu ölkədə dollar kəskin bahalaşdı
Türkiyə lirəsi ABŞ dolları qarşısında növbəti dəfə antirekordunu yeniləyib.
BEY.AZ xəbər verir ki, Türkiyə valyutası bu gün dollar qarşısında 0.7 faiz dəyər itirərək 35.4 səviyyələrinə qədər ucuzlaşıb. Lakin sonradan lirə itkisinin bir hissəsini bərpa edərək 35.19 səviyyəsinə qalxıb.
Ümumilikdə, 2024-cü ildə lirə dollar qarşısında 20 faiz dəyər itirib.
Bundan əlavə, TL manat qarşısında da rekord səviyyədə ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankının 20 dekabr tarixinə olan məzənnəsinə əsasən, 1 TL = 0.0483 AZN təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |