fbpx

Qorxmayın, ən qısa zamanda pandemiya bitəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Təəssüflər olsun ki, yenə hamı panikadadır! Əziz dostlar! Dəfələrlə müxtəlif müsahibələrdə demişəm, yenə deyirəm! Yoluxma sayı önəmli deyil! Rəqəmlər sizi qorxutmasın! Önəmli olan yoluxma sayı deyil, ağırlaşma sayıdır!

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

Həkim bildirib ki, narhat olmağa dəyməz: “Aktiv həkim işləyirəm, hər gün boğazı qıcıqlanan, öskürən, qızdırması olan xəstələr müayinə edirəm və real olaraq görürəm ki, son mutasiyalarda ağırlaşma sayı azdır! Demirəm arxayın düşün, demirəm qorunmayın, əlbəttə bunları edin, amma qorxmayın! Koronavirus getdikcə zəifləyir, ən qısa zamanda pandemiya bitəcək! Əmin olun! Qorxmayın! Hamı deyir ki, vay, bu gün 7000 yoluxma olub! Ay qardaş nə olsun? Hər il dünyada 1 milyard insan qrip virusuna yoluxur, bəyəm qripə görə karantin edilir? Absurddur! Ağırlaşanlar müvafiq müalicə almalıdır! Yüngül xəstələr tezliklə sağalacaq! Qorxmayın! O2 Saturasiyası 95-dən çoxsa, heç qorxmayın! Sağlam olun!”




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin