fbpx

Qoyun otararkən minaya düşmüşdü, magistr oldu

Rüya Yorumları burda


“I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim”.

BEY.AZ Azedu.az-a istinadən bildirir ki, bu sözləri fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə deyib.

Belə ki, o, 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış, minaya düşüb.

– Həsənəli, 5 ay əvvəl səninlə əlaqə saxlayanda gələcək hədəflərin barədə tamam ümidsiz danışırdın. Necə oldu ki, ikinci cəhdə hazırlaşmaq qərarı verdin?

– Mən, I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum.

Rüya tabirlerini burdan oku

– O vaxt dövlət qulluğuna da hazırlaşdığını bildirirdin. İndi yenidən cəhd edəcəksən?

– Əlbəttə. Həyat davam edir. BB4 sertifikatım var, amma, inşallah, avqustun 11-də BA növü üzrə yenidən imtahana daxil olacağam. Hazırda bunun üçün çalışıram.

– Əminəm ki, həmin imtahandan da uğur qazanacaqsan. Hazırlaşmağında, oxumağında ən böyük dəstəkçin kim oldu? Necə qərara gəldin ki, artıq başlamağın vaxtıdır?

– Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm.

– Cavablar elan olunanda özünü necə hiss edirdin?

– Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim.

– Gələcək hədəflərin sırasında nə var?

– Hədəflər gəldiyin vəziyyətə və zamana görə dəyişir. Hazırda gələcək üçün ilk hədəfim avqust imtahanında BA1 sertifikatını alıb, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının (MİHO) hansısa birinin aparatında işləməkdir.

– Çox gözəl. Həsənəli, sol ayağın topuqdan amputasiya olunmuşdu. Hazırda yerimək üçün hansısa vasitədən istifadə edirsən?

– Protez taxıram, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir, əziyyət çəkirəm. Buna görə əsadan da istifadə edirəm.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu