Qubad İbadoğlu məhkəməyə gətirildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Dünən saxlanılan Qubad İbadoğlu məhkəməyə gətirilib.
Metbuat.az “APA”ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsinə gətirilən Qubad İbadoğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiqin vəsatətinə baxılacaq.
Onun vəkili Zibeydə Sadıqova bildirib ki, Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qeyd edək ki, Qubad İbadoğlu ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.
Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qubad #İbadoğlu #məhkəməyə #gətirildi