fbpx

Qubad İbadoğlunun müraciətinə baxıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılıb.

Metbuat.az “APA”ya istinadən xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Qubad İbadoğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatət təmin edilməyib.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Qubad İbadoğlu ötən ay həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Qubad #İbadoğlunun #müraciətinə #baxıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu