fbpx

Qubada ilk dəfə 2 yeni faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Metbuat.az Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 20 lot üzrə Quba rayonunda yerləşən “Babaçay” və “Qonaqkənd” qum-çınqıl yataqları satışa çıxarılacaq.

Qeyd edək ki, bu rayonda keçiriləcək ilk hərrac olacaq. Başlanğıc qiyməti 6 000- 10 000 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, Istiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış ola bilərsiniz ( www.meda.gov.az)

Rüya tabirlerini burdan oku

Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10 % miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu