Qubada xəstə qadının qızılları oğurlandı

BEY.AZ informasiya agentliyi xəbər verir



Qubada 67 yaşlı qadına qarşı soyğunçuluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 18-də rayon ərazisində yaşayan yataq xəstəsi olan 67 yaşlı qadının qızıl sırğa və üzüyünün soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Əhməd Məstanov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.






Exit mobile version