fbpx

Qurban Qurbanov qələbəni şərh etdi



Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq.

BEY.AZ xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda keçirilən “Araz Naxçıvan”la matçdan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis görüşdən narazı qalmadığını bildirib:

“Qarşılaşmanı pis keçirmədik. Ümumi olaraq futbolçuların bəzi epizodlardakı davranışları məni narazı saldı. “Araz Naxçıvan”ın oyun sisteminə görə matça hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. 4:1 hesablı qələbə qazansaq da, rəqib mübarizə apardı. Birinci qarşılaşma göstərdi ki, çempionata çox ciddi yanaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının I turu çərçivəsində səfərdə “Araz Naxçıvan”la qarşılaşan “Qarabağ” 4:1 hesabı ilə qələbə qazanıb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin