Qurbanov bunu “Dinamo”dan gizlətdi
“Qarabağ”ın gələn həftə “Dinamo” ilə çox vacib oyunu var.
Çempionlar Liqasında mövsümün bəlkə də son 90 dəqiqəsini keçirəcəklər.
BEY.AZ sportinfo.az-a istinadən xəbər verir ki, Zaqrebdən 0:3 hesablı məğlubiyyətlə dönmüş komandada böyükdən kiçiyə hamı cavab qarşılaşmasını fikirləşir.
Burada kimisə fərqləndirmək olmaz, hər kəs “Dinamo”dan revanş almağı arzulayır.
“Qarabağ” dünən o düşüncələr altında Premyer Liqada üçüncü oyununa çıxdı. Qurban Qurbanov, gözlənildiyi kimi, yenə rotasiyaya getmişdi, qarışıq heyətə güvənmişdi.
65-ci dəqiqəyə kimi belə davam etdi. eyni dəqiqədə Zubir, Juninyo və Benzianı meydana atdı, bir qədər sonra da oğlu Musanı onlara qoşdu.
Bütün bu əvəzləmələr “Qarabağ”ın oyununu gücləndirmədi. Güc itirmək istəmədilər.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |