Quru sərhədləri açılsa, bu reys bərpa ediləcək
Azərbaycanın quru sərhədləri açılsa, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı reysini bərpa edəcək.
BEY.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
“Yalnız sərhədlər açılandan sonra ADY bununla bağlı hazırlıq işlərinə başlayacaq”, – deyə o qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |