fbpx

Quş əti istehsalçıları və ixracatçıları Dövlət Xidmətinə müraciət edib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbəri Məmməd Abbasbəyli ilə görüşərək iri ticarət şəbəkələri ilə yaşadıqları problemləri müzakirə ediblər.

Metbuat.az-a Assosiyasiyadan verilən məlumata görə, görüşdə əldə olunan razılaşmaya əsasən Assosiasiya iri ticarət şəbəkələrinin quş əti və yumurta istehsalçılarına yaratdığı problemlərlə bağlı Dövlət Xidmətinə rəsmi məktubla müraciət edib.

Məktubda quş əti və yumurta istehsalçılarının iri pərakəndə ticarət şəbəkələri ilə üzləşdikləri problemlər qeyd olunmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin onların aradan qaldırılmasındayardımçı olmasını xahiş edilir.

Rüya tabirlerini burdan oku

Məktubda qeyd edilən problemlər aşağıdaılar:

  • “Araz”, “Oba”, “Bazarstore”, “AL”, “Bravo”, “Rahat” və digər marketlər şəbəkələri pərakəndə ticarət sahəsində üstün mövqelərindən istifadə etməklə istehsalçılarla qeyri-bərabər, istehsalçıların mənafeyinə uyğun gəlməyən müqavilələr imzalayırlar. Məsələn, təzə kəsilmiş toyuq ətinin rəf ömrü 5 gün, ən yaxşı halda 1 həftədir. Müqavilədə onun dəyərinin ödənməsi üçün 45 günlük müddət müəyyənləşir. Digər məhsullarla bağlı da eyni vəziyyətdir. Bu, bizim öz istehsal prosesimizi vaxtında və düzgün tənzimləməyimizə, istehsalı genişləndirməyimizə imkan vermir, istehsal olunan məhsulun maya dəyərinin artmasına, son nəticədə ərzaq bazarında bahalaşmaya səbəb olur.
  • Yuxarıda adları çəkilən şəbəkələrdən “Bravo” istisna olmaqla, heç biri istehsalçılardan aldıqları məhsulların pulunu müqavilədə nəzərdə tutulan vaxtda ödəmir. Müxtəlif yollarla bəzən bu proses 2-3 aya qədər uzanır.
  • Yenə də “Bravo” istisna olmaqla, adları qeyd olunan ticarət şəbəkələrinin satış nöqtələrində quş əti və yumurta məhsullarının saxlanma şərtləri texniki normalara cavab verən vəziyyətdə deyil. Məhsulların saxlanmasında qonşuluq prinsipi pozulur, yaxud quş əti onun üçün zəruri şərtlər təmin edilməyən soyuducularda saxlanılır. Nəticədə, geriqayıtma həcmləri müqavilədə nəzərdə tutulan 2 faizdən xeyli yüksək – 6-7, bəzən 10 faizin üzərinə çıxır.
  • Ticarət şəbəkələri istehsalçılardan ən müxtəlif adlarla müqavilədə nəzərdə tutulandan əlavə ödənişlər alırlar. Məsələn, aldıqları malın pulunu 3 ay yubadır, axırda tələb edirlər ki, yığılan məbləğin 3-5 faizini kəşbək kimi verin, sonra pulu köçürək. Yaxud TV-lərdə reklamlarını yerləşdirir, onun pulunu istehsalçılara ödətdirirlər. Bundan əlavə, konkret bir məbləğ müəyyənləşdirir, ondan yuxarı satışdan 1-2 faiz əlavə ödəniş tələb edirlər.
  • Son zamanlar “Bazarstore”dan müqavilə üzrə ödənişlər davamlı surətdə uzanır və ödəniş müddətindən 15-20 gün (ümumi 45-50) gün sonra həyata keçirilir. Tələb olunan müqaviləyə ödənişlə bağlı hansısa fakturaaltı ödənişlərdə düzəlişi də qəbul etmir.
  • “OBA” marketlərdə təzə məhsullar üçün müqavilə üzrə 30 gün tələbi qeyd edilir, amma dondurulmuş məhsulların ödənişini yalnız rəfdən çıxışı zamanı həyata keçirəcəyini bəyan edir. Bu şərt istehsalçının aşağı marjınallı biznesini təhlükəyə atmaqla yanaşı, həm də ödənişin həqiqətən də rəfdən çıxışdan sonra həyata keçirilib-keçirilmədiyini qeyri-müəyyən edir. Çünki rəfdən məhsulun nə zaman satıldığnı yalnız şəbəkənin özü bilir və istehsalçıya bununla bağlı dəqiq bir sübut verə bilmir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu