fbpx

Qusarda göbələkdən zəhərlənmə olub – Ölənlər var

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.

BEY.AZ “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Zeynalov Şamil Yusif oğlu, 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.

Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna işləmək üçün gediblərmiş.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Qusarda #göbələkdən #zəhərlənmə #olub #Ölənlər #var

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin