Qusarlı bacı-qardaş da həmin qəzada həlak olub
AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzasında Qusarın Suduroba kənd sakinləri, bacı-qardaş Əli və Xədicə Əlimirzəyevlər də həyatını itirib.
BEY.AZ-ın məlumatına görə, Əli Mirzəbəy oğlu Əlimirzəyev (2002-ci il təvəllüdlü) və Xədicə Mirzəbəy qızı Əlimirzəyeva (2005-ci il təvəllüdlü) qəzanın qurbanları arasındadır. Faktı Qusar Rayon İcra Hakimiyyəti təsdiq edib.
Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Təyyarədə ümumilikdə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Onlardan 38 nəfəri həlak olub, 29 nəfər isə sağ qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |