Quterreş Ərdoğana təşəkkür etdi
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Efiopiya ilə Somali arasındakı problemin həllində göstərdiyi səylərə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
BEY.AZ xəbər verir ki, o, tərəflər arasında imzalanan Ankara Bəyannaməsini alqışladığını qeyd edib. Antonio Quterreşin Ərdoğana təşəkkür mesajı barədə BMT-nin sözçüsü tərəfindən yazılı açıqlama verilib. Açıqlamada, Quterreşin Ankara Bəyannaməsini alqışladığı və Somali Prezidenti Həsən Şeyx Mahmud və Efiopiya Baş naziri Abiy Əhmədin mübahisəli məsələləri dostluq və qarşılıqlı hörmət çərçivəsində həll etmək qərarını məmuniyyətlə qarşıladığını ifadə edib.
Açıqlamada, “BMT-nin baş katibi iki ölkə liderlərini bir araya gətirmək təşəbbüsünə və sazişin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirir” – deyə bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |