“Quterreş Putinə taxıl müqaviləsi ilə bağlı məktub göndərib”
BEY.AZ informasiya agentliyi xəbər verir
“BMT-nin baş katibi Antonio Quterreşin Rusiya prezidenti Vladimir Putinə taxıl müqaviləsi ilə bağlı məktubu diplomatik kanallar vasitəsilə göndərilib və hazırda müzakirə mərhələsindədir”.
Metbuat.az xəbər verir ki, bu fikirləri jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü deyib ki, analoji məktublar Ukrayna və Türkiyəyə də göndərilib.
Qeyd edək ki, 22 iyul 2022-ci ildə İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər imzalanıb. Həmin sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracı barədədir. Sazişlərin digər hissəsi Rusiya ərzaq məhsulları üçün dünya bazarlarına çıxışla bağlıdır. Rusiya tərəfi isə iddia edir ki, sənədin ikinci hissəsinin həyata keçirilməsi ilə bağlı faktiki olaraq heç bir addım atılmır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Quterreş #Putinə #taxıl #müqaviləsi #ilə #bağlı #məktub #göndərib