Qvardiola özündən çıxdı – “Qəzzada baş verən hadisələrə baxın”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mediaya açıqlamalar verib.
BEY.AZ xəbər verir ki, Qvardiola Tomas Tuxelin İngiltərə millisinə baş məşqçi təyin edilməsi barədə suala da cavab verib. Jurnalist “İngiltərədə “milli komandanın məşqçisi ingilis olmalıdır” fikri var. Razısınızmı?” sualını verib. Adı İngiltərə millisi ilə hallanan Pep Qvardiola bu suala qəzəblənib:
“Tomas Tuxel çox yaxşı məşqçidir. Ona İngiltərə milli komandasında uğurlar arzulayıram. İnsan olaraq seçə bilmədiyimiz şeylər var. Katalan olmağı mən seçməmişəm. Siz öz ananızı və atanızı seçə bilməzsiniz. Lakin bir ingilisin də millidə uğursuz olduğunu müşahidə etdik. Yaşadığımız yerlə, təhsilimizlə qürur duyuruq, amma dünya böyükdür. Mən İspaniyadan gəldim və əldə etdiklərimə baxın. Rusiyada, İsraildə, Qəzzada, Ukraynada və Afrikada baş verən hadisələrə baxın. Mən bu vəziyyəti tənqid etmirəm. Almaniyada, Meksikada dünyanın bir çox yerində bir çox insandan çox şey öyrəndim. Biz insanların daha yaxşı olması üçün çalışmalıyıq”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |